AZ

COP29 nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzindədir

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasına - COP29-a bir həftə qalmış, nüfuzlubeynəlxalq təşkilatlar bu mühüm tədbirə xüsusi diqqət yetirir.

Trend-inməlumatına görə, Avropa Regionlar Komitəsi, BMT Fondu və Yaşılİqlim Fondu kimi beynəlxalq qurumlar sosial media platformalarındaCOP29-un əhəmiyyətini vurğulayan paylaşımlar edərək, bu konfransıiqlim dəyişikliyi ilə qlobal mübarizə üçün mühüm platforma kimidəyərləndiriblər.

Avropa Regionlar Komitəsinin üzvü Andries Grifroy COP29çərçivəsində regionlar və şəhərlərin rolunun önəmini qeyd edərəkbildirib: “Biz, Avropa Regionlar Komitəsi olaraq, COP29-da YaşılSazişi gücləndirməyi hədəfləyirik. Ancaq bu, təkcə mitiqasiyadeyil, uyğunlaşma tədbirlərini də əhatə etməlidir. Ümid edirəm ki,COP29-da qlobal Yaşıl Sazişdə yerli və regional rolumuzu daha da önplana çıxara biləcəyik.”

BMT Fondu isə iqlim dəyişikliyinin təsirlərinin cəmiyyətləriuyğunlaşmağa məcbur etdiyini və mövcud maliyyələşmənin buehtiyacları qarşılamaqda kifayət etmədiyini bildirir. Fondunmütəxəssisləri COP29-u dünya liderləri üçün uyğunlaşma maliyyəsiniartırmaq baxımından böyük bir fürsət kimi görürlər. Onlarınfikrincə, bu konfrans iqlim dəyişikliyindən ən çox zərər çəkənölkələr üçün zəruri maliyyənin təmin edilməsi üçün əhəmiyyətli birimkandır.

Yaşıl İqlim Fondu da COP29 öncəsi açıqlamasında Paris Sazişiməqsədlərinə çatmaq üçün davamlı sərmayələr etdiyini və iqlimmaliyyələşdirilməsinin əsas platformalarından biri kimi çıxışetdiyini vurğulayıb. Fondun maliyyələşdirdiyi layihələr inkişafetməkdə olan ölkələrin ehtiyac və məqsədlərinə əsaslanır və davamlıbir planet yaratmağa xidmət edir. Yaşıl İqlim Fondu COP29-u buistiqamətdə əhəmiyyətli bir fürsət kimi dəyərləndirir.

Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakı şəhərindəkeçiriləcək.

Seçilən
100
4
az.trend.az

6Mənbələr