Bakı. Trend:
Yaponiyanın Miyaqi prefekturasında yerləşən Onaqava AtomElektrik Stansiyası, oktyabrın 29-da yenidən işə salınmasından cəmibir həftə sonra bağlanma qərarına gəlib.
Trend xəbər verirki, Tohoku Electric Power şirkəti stansiyanın ikinci enerji blokunubağlamaq qərarını verdiyini bildirib.
Noyabrın 3-də elektrik istehsalına başlanması planlaşdırılsa da,avadanlıqlarda yaranan problem səbəbindən bu proses hələ ki, həyatakeçirilməyib. Buna görə də operator reaktoru bağlamağı qərara alıbvə bu, yoxlamalar tamamlandıqdan sonra tezliklə həyatakeçiriləcək.
İkinci Onaqava reaktoru, Fukusima-1 atom elektrikstansiyasındakı enerji blokları kimi, qaynar su tipli reaktordur.Bu, 2011-ci ildən bəri Yaponiyada ilk dəfədir ki, belə bir reaktoryenidən işə salınır.
Fukusima-1 qəzasından əvvəl, Yaponiyanın atom elektrikstansiyaları ölkə enerji balansının təxminən 30%-ni təşkil edirdi.Nüvə enerjisindən müvəqqəti imtina, ölkədə əsas yük istilikelektrik stansiyalarının üzərinə düşməsinə səbəb olub. Hazırdahökumət təhlükəsizlik yoxlamaları apardıqdan sonra atom elektrikstansiyalarının qismən yenidən işə salınması siyasətini həyatakeçirmək niyyətindədir. Onaqava reaktoru Yaponiyanın 13-cü nüvəenerji bloku oldu.