AZ

Hindistanda törədilən terror aktı nəticəsində 12 nəfər yaralanıb

Bakı. Trend:

Bazar günü naməlum terrorçuların Cammu və Kəşmir əyalətininşimalında yerləşən Şrinaqar şəhərində bazara qumbara atmasınəticəsində azı 12 nəfər yaralanıb.

Trend xəbər verirki, bu barədə NDTV məlumat yayıb.

Hələlik Kəşmirin Hindistan hissəsində fəaliyyət göstərənekstremist qrupların heç biri bu hücuma görə məsuliyyəti üzərinəgötürməyib. Yerli KİV-in məlumatlarına görə, bu aksiyanın arxasında"Ləşkər-e-Taibə" terror qruplaşmasının durduğu ehtimal edilir.Dünən hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı ikiyaraqlı məhv edilib, onlardan birinin "Usman" kimi tanınan buqruplaşmanın nüfuzlu səhra komandiri olduğu məlum olub.

Cammu və Kəşmir əyalətinin baş naziri Ömər Abdullah hücumupisləyib və bölgədə terror fəaliyyətinin artdığını qeyd edib. O,hüquq-mühafizə orqanlarını ekstremistlərin qarşısını almaq üçünmümkün olan hər şeyi etməyə çağırıb. Nazir, "Srinagarda bazar günübazarında günahsız alıcılara qumbara atan hücumla bağlı xəbərlərçox narahat edir. Mülki şəxslərə hücuma heç bir bəraət qazandırmaqolmaz. Təhlükəsizlik orqanları bu hücum dalğasına ən qısa zamandason qoymalı və insanların qorxu yaşamadan öz həyatlarınısürmələrini təmin etməlidir," - deyə qeyd edib.

Seçilən
37
1
az.trend.az

2Mənbələr