AZ

ƏƏSMN-in "Milli Observatoriya"sı: əsas işi nərd yarışıdır, yoxsa? - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli qurumun işçiləri bekarçılıqdan iş vaxtı nərd çempionatı keçirməklə məşğuldur.

Dövlət başçısının 2019-cu il 4 iyul tarixli 775 nömrəli Fərmanı ilə əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması qərara alınmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarı ilə “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi yaradılmış, Nizamnaməsi təsdiq edilmişdir.

Çünki müvafiq sahədə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi istiqamətində rəqabətqabiliyyətli fundamental təhlillər təqdim etməli olan qurum rəqabətqabiliyyətli nərd həvəskarları yetişdirməklə məşğuldur.
Əldə etdiyimiz məlumata görə bu qurumun ilkin yarandığı dövrdə kifayət qədər əhəmiyyətli kadr potensialı mövcud olmuş, lakin bu quruma “paraşüt”lə endirilmiş təsadüfi şəxs olan Elnur Səfərlinin rəhbərlik etməyə başlamasından sonra bu kadr potensialı zaman-zaman deqradasiyaya uğradılmış və uzaqlaşdırılmışdır. Heç bir elmi dərəcəsi, elmi tədqiqatları və dövlət idarəetmə təcrübəsi olmayan bir şəxsin belə strateji beyin mərkəzinə rəhbərlik etməsi təəəccüblüdür.

Məlumat üçün bildiririk ki, Milli Observatoriyanın adı daha öncə mətbuatda müxtəlif xarakterli qalmaqallarla, o cümlədən İdarə Heyətinin üzvü Hasil Abbasovun qurumun sürücüsü, II Qarabağ müharibəsi qazisini istismar etməklə yadda qalmışdır(Mənbə: https://xeberciniz.biz/2024/11/02/nazirlikde-gulmeli-cempionat/)

Seçilən
47
2
mia.az

3Mənbələr