Moldovada 3 noyabrda keçirilən prezident seçkilərinin ikinci turunda Sandu bütün əyalətlərdə rəqibi, qaqauz kökənli Aleksandr Stoyanoğluna uduzub.
Axar.az xəbər verir ki, bu barədə publisist Dmitri Çubaşenko yazıb.
O, bütün əyalətlərdə Sandunun uduzduğunu təsdiqləyən statistikanı da təqdim edib:
“Sandu Moldovanın prezidenti deyil. Sandu xaricdəki seçki məntəqələrində səsvermə sayəsində qalib gələcək. Sandu diasporun prezidentidir”.