AZ

Stoyanoqlo seçkilərin nəticələrindən asılı olmayaraq vətəndaşları sakit olmağa çağırıb

Keçmiş baş prokuror və Moldovada prezident seçkilərinə namizəd Aleksandr Stoyanoqlo seçkinin nəticələrindən asılı olmayaraq vətəndaşları sakitliyi qorumağa çağırıb.

APA xəbər verir ki, Stoyanoqlo bu barədə “Telgram” kanalında yazıb.

Onun sözlərinə görə, hər kəsin səsi hörmətə layiqdir və demokratiya nəticədən əvvəl yetişkinliyi nəzərdə tutur.

Seçilən
42
apa.az

1Mənbələr