İsrailin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində dinc sakinləri yenidən bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinli Səhiyyə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, hücumda 4-ü uşaq olmaqla, daha 8 fələstinli həyatını itirib: "İsrail bu dəfə PUA-larla Xan Yunus şəhərində Şeyx Nasser bölgəsində mülki əhalinin toplaşdığı ərazini hədəf alıb. Nəticədə 8 nəfər həlak olub, onlardan 4-ü uşaqdır...".
Tahir Şəlvəli
MİA.AZ