Bütün diqqətlər sabah ABŞ-də keçiriləcək seçkilərə yönəlib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, Amerikadakı seçkilərdə artıq 78 milyondan çox amerikalı erkən səs verib.
Mənbə bildirir ki, bu barədə Florida Dövlət Universitetinin məlumatında deyilir. Məlumata görə 42,6 milyon nəfər seçki məntəqələrinə gəlib. 35,3 milyon nəfər isə poçt vasitəsilə səs verib. Xatırladaq ki, ABŞ-də seçicilərin sayı təxminən 168 milyon nəfərdir. Erkən səsvermə aktivliyi ən yüksək Texas (8,9 milyon nəfər erkən səs verib), Florida (8,1 milyon), Kaliforniya (7,6 milyon), Şimali Karolina (4,4 milyon) və Corciya ştatlarında (4 milyon) olub.
Vəli Həsənoğlu,
KONKRET.az