İndoneziyanın Flores adasında baş verən vulkan partlayışında 9 nəfər həyatını itirib.
İndoneziya Fəlakətlərin İdarə Olunması Agentliyinin yaydığı məlumata görə, ölkənin ucqar adalarından biri olan Floresdə yerləşən Levotobi Laki Laki dağında vulkan püskürməsi baş verib.
Püskürmədən sonra lava axını yaxınlığındakı kənddə bir neçə evi, o cümlədən monastırı yandırıb.
Hazırda İndoneziya rəsmi orqanlarının verdikləri son məlumatlarda bir rahibə də daxil olmaqla 8 nəfərin həyatını itirdiyi, bir nəfərin isə itkin düşdüyü bildirilir…
Oxuməni.az