AZ

İndoneziyada vulkan püskürməsi nəticəsində 6 nəfər həlak olub

Bakı. Trend:

İndoneziyanın Flores adasında vulkan püskürməsi nəticəsində azı6 nəfər həyatını itirib.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, gecə saatlarında baş verən “Levotobi-Laki-Laki”vulkanının püskürməsi zamanı 2 min metr hündürlüyə qədər qatı,qəhvəyi kül qalxıb. Tüstü və kül yaxınlıqdakı kəndi əhatə edib,nəticədə bir neçə ev və katolik rahibələrinin monastırı yanıb.

İlkin məlumatlara görə, 6 nəfər həlak olub, amma zərərçəkənlərindəqiq sayı isə hələlik məlum deyil.

Qeyd edilib ki, binaların qalıqları altında insanların olmasıehtimal edilir.

Seçilən
12
2
az.trend.az

3Mənbələr