Türkiyənin "Alanyaspor" klubunun baş məşqçisi Fatih Tekke istefa verib.
QOL.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
O, Superliqanın 11-ci turunda "Bodrumspor"la səfərdə qolsuz heç-heçə etdikləri oyundan sonra qərarını açıqlayacaq.
Alanya təmsilçisi hazırda Superliqada 10 xalla 15-ci pillədədir.
Qeyd edək ki, Fatih Tekke bu ilin yayından "Alanyaspor"u çalışdırırdı.