AZ

“Azərbaycana qarşı olan intensiv təzyiqlər bizi təəccübləndirmir

“Azərbaycana qarşı olan intensiv təzyiqlər bizi təəccübləndirmir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, tarixə baxdıqda bu təzyiqlərin haradan qaynaqlandığı bəlli olur:

“Azərbaycana qarşı sanksiya elan edən ölkələrə baxsaq, orada erməni lobbisinin kifayət qədər aktiv olduğunu görə bilərik”.

Millət vəkili nəzərə çatdırıb ki, bunlardan biri Birləşmiş Ştatlarda fəaliyyət göstərən “Anka”-dır ki, onun 4 istiqamətini müşahidə edirik:

“Birincisi odur ki, onlar fəaliyyət göstərdikləri konqresdə müəyyən dairələri əla alırlar və Ermənistana ildə 90 milyon dollar həcmində yardım edirlər. 

İkincisi məsələ Azərbaycana qarşı 907-ci düzəlişdir. Bu həmin dövr üçün ABŞ-nin ədalətsiz qərarı idi”.

S.Mikayılova həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə eyni platformalardan hücuma alınıb ki, burada da mərkəz eynidir və biz erməni lobbisini görə bilərik.

Deputat son olaraq, 4-cü istiqamətin onların fəaliyyətində təbliğatın çox güclü maşın kimi çıxış etməsi olduğunu vurğulayıb.

“Gördüyünüz kimi istiqamətlər müxtəlifdir.  Düşünürəm ki, belə maliyyə yardımlarınım təmərküzləşməsi və bunun artıq ABŞ-nin siyasi qoluna çevrilməsi kifayət qədər təhlükəli tendensiyadır. Fəaliyətimizdə də bunu nəzərə almalıyıq”.

Mina Mikayılova

Seçilən
20
bakivaxti.az

1Mənbələr