“Təqdim olunan əsər vətənlərindən uzaqda olan Krım tatarlarının birliyi və təşkilatçılıq bacarığı baxımından əhəmiyyətlidir”.
Hafta.az-ın yazdığına görə, bunu “Bir Zamanlar Dobrucada” kitabın təqdimatı zamanı Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar deyib. Səfir bildirib ki, Krım tatarlarının ənənələri yüksək səviyyədə qorunur:
“Krım tatarları məcburən Rumıniyada yaşamaq məcburiyyətində qaldıqda birliklərini qoruyub, adət-ənənələrini yaşatmaq üçün təşkilatlanmağa başladılar. Təbii ki, orada da rejim dəyişikliyi oldu, kommunist rejimin gəlişi ilə bu təşkilatlar Türkiyəyə köçürüldü və bu gün də Türkiyədə davam edir. Bu səbəbdən də kitabın davamlılığı çatdırmaq baxımından çox əhəmiyyətli yer tutacağına inanıram. Eyni zamanda, bu kitabı oxumaqla və dövrü tədqiq etməklə, günümüzlə çox ciddi tarixi paralellər müşahidə edə bilərik” deyən diplomat qeyd edib ki, iş həm də bu günlə bağlıdır. Bodnar, Krım tatarlarının ruslardan gələn təhlükə ilə o dövrdə də indiki kimi başqa ölkələrə köç etdiklərini vurğulayıb.
Bodnar bildirib ki, bu gün Rumıniyada hələ də Krım tatar təşkilatı fəaliyyət göstərir. “Onlar öz kimliklərini, adət-ənənələrini, dini və türk dəyərlərini qorumağa davam edirlər. Eyni zamanda vətənlərini işğaldan azad edib evlərinə qayıtmaq üçün Türkiyə ilə birlikdə mübarizələrini davam etdirirlər. Biz bunun fərqindəyik” deyib.