AZ

Azərbaycan Premyer Liqasının son 8 mövsümünün antirekordu

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 12-ci turu aşağı məhsuldarlıqla əlamətdar olub.

Arena.az xəbər verir ki, hesabat turunda baş tutan 5 görüşdə 5 qol vurulub.

Yalnız “Şamaxı” – “Zirə” görüşündə (0:2) iki qol qeydə alınıb. “Neftçi” – “Araz-Naxçıvan” (0:1), “Kəpəz” – “Səbail” və “Sumqayıt” – “Sabah” (hər ikisi 1:0) matçlarında bir top vurulub. “Turan Tovuz”la “Qarabağ”ın görüşü qolsuz bitib. Turda orta məhsuldarlıq 1,00-a bərabər olub.

Bu, Azərbaycan Premyer Liqasının son 8 mövsümünün antirekordudur. Həm eyni, həm də daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/2017 mövsümündə yaşanıb. Həmin vaxt 4 matçın keçirildiyi 22-ci turda 4 (orta məhsuldarlıq 1,00), 2-ci turda cəmi 3 (orta məhsuldarlıq 0,75) qol qeydə alınıb.

Seçilən
15
15
arena.az

10Mənbələr