AZ

İranda hicab qaydalarına etiraz edən tələbə qız psixatriya xəstəxanasına yerləşdirilib

İranda universitetlərdən birinin tələbəsi hakimiyyətin tətbiq etdiyi mövcud hicab qaydalarına etiraz olaraq ali təhsil müəssisəsinə alt geyimdə gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə İran KİV-də məlumat yayılıb.

Bildirilib ki, tələbə qızı təhlükəsizlik qüvvələri ərazidən uzaqlaşdırıblar. Onun naməlum yerə aparıldığına dair informasiya yayılmışdı.

Bir müddət sonra tələbənin istintaq üçün polis idarəsinə aparıldığı məlum olub. Polis idarəsindən verilən məlumata görə, etirazçı tələbə psixiartiya xəstəxanasına yerləşdirilib.

Seçilən
19
2
ikisahil.az

3Mənbələr