AZ

Ebru Gündeşin konsert üçün 69 milyon qonorar alması ilə bağlı AÇIQLAMA

Məşhur müğənni Ebru Gündeşin Ankaradakı Cümhuriyyət Bayramı konsertində çıxışı üçün 69 milyon lirə aldığı iddia edilib.

BAKU.WS xəbər verir ki, yayılan iddialar böyük qınağa səbəb olub. Sənətçinin bu qədər baha qiymətə çıxışı birmənalı qarşılanmayıb.

Ankara Büyükşehir bələdiyyə sədri Mansur Yavaş bununla bağlı ilk dəfə açıqlama verib.

"Son günlər bəzi mətbuat orqanlarında Ebru Gündeşin konsertinə 69 milyon lirə ödənildiyi barədə iddialar var. Bu məsələ ilə bağlı araşdırma aparılıb. Konsert üçün ödəniş edilməyib və araşdırma tamamlanana qədər də edilməyəcək. Araşdırmadan sonra lazımi açıqlama veriləcək. 28-29 oktyabr tarixlərində keçirilən Cümhuriyyət Bayramının 100 illik tədbir xərcləri, texniki quraşdırma və konsert xərclərini əhatə etdiyini qeyd etmək istərdik. Ankaralıların pullarını boşa xərcləməyəcəyik, vəsaitlər yenə də Ankaralıların xeyrinə istifadə olunacaq" - deyə, Mansur Yavaş qeyd edib.

Seçilən
15
1
musavat.com

2Mənbələr