AZ

Vətən müharibəsi Azərbaycan xalqının birliyini nümayiş etdirdi- ÖZƏL

"44 günlük müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası, 30 il davam edən işğalın sona çatması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin yenidən təsdiqi ilə nəticələndi". Olaylar xəbər verir ki, bunu YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib:
"Müharibə Azərbaycanın milli birliyini, xalqın və ordunun gücünü, əzm və iradəsini bir daha nümayiş etdirdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və qərarlı liderliyi müharibə ərzində bütün strateji qərarlarda özünü göstərdi. Onun qətiyyəti sayəsində Azərbaycan xalqı və ordusu böyük bir inamla irəliləyərək qələbəyə doğru addımladı. İlham Əliyevin diplomatik sahədə apardığı məqsədyönlü işlər, xarici ölkələr və beynəlxalq təşkilatlar qarşısında Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi müharibədə qazanılan uğurlara güclü dəstək oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr