Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı tarix noyabrın sonunda elan ediləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov reporta bildirib.
"Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Kollegial orqan kimi Mərkəzi Seçki Komissiyasında aparılan müzakirələrdən sonra bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada bu il noyabrın sonunadək elan olunması qənaətinə gəlinib” – sədr müvani əlavə edib.
Bir neçə gün öncə Mərkəzi Seçki Komissiyası bələdiyyələrin növbəti il keçiriləcəyi ilə bağlı məlumat paylaşıb.
Hazırda ölkə ərazisində 1606 bələdiyyə fəaliyyət göstərir.
Bələdiyyələr haqqında yeni qanundan sonra ölkə üzrə bələdiyyələrin azaldılması nəzərdə tutulub.
Bələdiyyələr haqqında yeni qanundan sonra ölkə üzrə bələdiyyələrin azaldılması nəzərdə tutulub.
Gülnar
www.anews.az