2024-cü ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 1258,9 manat təşkil edib.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı Bakı Statistika İdarəsi açıqlayıb. Əvvəlki aylarda açıqlanan məlumatlarla müqayisədən aydın olur ki, Bakıda orta əməkhaqqı azalıb.
Belə ki, bu ilin yanvar-aprel aylarında orta əməkhaqqı 1283 manat idi. Aprel ayından sonra Bakıda əməkhaqqının azalması müşahidə edilib. Son 4 ayda paytaxtda əməkhaqqı səviyyəsi 24 manat azalıb.
Vasif
Sfera.az