İspaniyanın Barselona şəhərində Beynəlxalq Hava Limanı su altında qalıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Xatırladaq ki, oktyabrın 29-da İspaniyanı "Dana" qasırğası vurub. Cəmi bir neçə saat ərzində bir neçə əyalətə iki illik normaya uyğun həcmdə yağıntı düşüb.
Qeyd edək ki, daşqınlar nəticəsində ölənlərin sayı 217-yə yüksəlib.