Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətinin tamamilə Ukrayna Silahlı Qüvvələrindən azad ediləcəyinə əmin olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə o, Kurks vilayətindəki “Vımpel” adlı hərbi-vətənpərvərlik mərkəzinin fəalları ilə görüşü zamanı danışıb.
Putin qeyd edib ki, ərazi tamamilə təmizləndikdən sonra orada könüllülərin işinə ciddi ehtiyac duyulacaq: “Bu, həm bölgənin yenidən qurulması, həm də əhalinin təhlükəsizliyinin təmin olunması üçün zəruri hesab olunur”.