AZ

İsrailə etiraz olaraq 9,5 milyard dollardan vaz keçdik - Ərdoğan 

Ölkə.Az xəbər verir ki, bunu pezident Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident Ərdoğan əlavə edib ki, biz İsraillə ticarət əməliyyatlarını tamamilə dayandırdıq: "9,5 milyard dollarlıq ticarət həcmini qurban verdik. Biz soyqırım cinayətkarlarının beynəlxalq hüquq çərçivəsində məsuliyyət daşımaları üçün əlimizdən gələni edirik". 

Prezident Ərdoğan onu da əlavə edib ki, İsrailin hücumlarına ən yaxşı cavablardan biri daha çox dövlətin Fələstini tanıması olardı. 

"Həmrəyliyimizi və birliyimizi təmin edə bilməsək, o zaman İsrailin Qəzzada və Livandakı münaqişənin bütün bölgəyə yayılmasının qarşısını ala bilməyəcəyik", - Türkiyə lideri deyib.

Mürtəza
Ölkə.Az

Seçilən
113
50
olke.az

10Mənbələr