Torqovıy”da yolu bağlayıb taksi sürücüsünü döyən 77-AA-019 dövlət qeydiyyat nişanlı avromobilin sahibi və avtomobili idarəetmə hüququ olan şəxsin kimliyi bəlli olub.
7News.Az Ajans.az-a istinadən xəbər verir ki, avtomobili idarəetmə hüququ olan Abşeron sakini 1991-ci il təvəllüdlü Mütəllimov Namiq Fərhad oğlu "Mastel Holding” MMC nin sex rəisi vəzifəsində çalışır.
77-AA-019 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi isə "SSMOVİE” MMC-dir.
Qeyd edək ki, "SSMOVİE” MMC-yə ötən il gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib edilib.
Bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Şirkətin məhkəməyə verilmə məlumatları Fed.az saytından götürülüb.
Taksi sürücüsünü kimin döydüyü barədə hələ ki dəqiq açıqlama yoxdur.