İndoneziyanın Flores adasındakı Levotobi Laki Laki vulkanı ötən gecə aktivləşib və püskürüb.
Editor.az xəbər verir ki, İndoneziya Milli Fəlakət İdarəsi səlahiyyətliləri ölkənin şərqindəki Lewotobi Laki Laki vulkanının gecə yarısı püskürərək ətrafa isti kül səpdiyini və ilkin tapıntılara görə 6 nəfərin həyatını itirdiyini açıqlayıb.
Kənd yerlərində yaşayan sakinlər mərkəzdəki məktəblərə yerləşdirilsə də hökumət dekabrın 31-dək bölgəni fövqəladə vəziyyət zonası elan edib. Səlahiyyətlilər Lewotobi Laki Laki vulkanının təsir zonasını bütün istiqamətlərdə 7 km radiusa qədər genişləndiriblər. Turistlərin və ziyarətçilərin bu əraziyə daxil olması qadağandır.
//Gülnarə Abasova, Editor.az