AZ

İmişlidə iki küçəyə 485 min manat xərclənəcək

İmişli Rayon İcra Hakimiyyəti başçısının İmişli şəhəri üzrə icra nümayəndəliyi Aşıq Ələsgər və Həzi Aslanov küçələrində abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Publika.az Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi "Baku Building" MMC seçilib. Abadlıq işlərinə 485 619,44 manat xərclənəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Baku Building" MMC 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri rayonu Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ev 37B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Samir Rafiq oğludur. Samir Hüseynovdan əvvəl şirkəti Göyüşov Mahal İman oğlu təmsil edib. Mahal Göyüşov isə Mirzəyev Əli Məmməd oğlunu əvəz edib.

Mediada gedən məlumatlara görə, şirkətin sahibi də Əli Mirzəyevdir. O, tender kralı kimi tanınan iş adamı Ramazan Mirəzyevin qardaşıdır.

Seçilən
10
10
publika.az

10Mənbələr