"Valensiya" İspaniya Kubokunun birinci mərhələsində "Parla Eskuela" ilə keçirilməli olan matçın növbəti dəfə təxirə salınmasını xahiş edib.
Fanat.Az xəbər verir ki, məlumatı "yarasalar"ın mətbuat xidməti yayıb.
Kubok matçı əvvəlcə oktyabrın 30-na planlaşdırılsa da, güclü qasırğa ilə əlaqədar İspaniya Kral Futbol Federasiyası bu qarşılaşmanı noyabrın 6-na təxirə salmışdı.
İspaniyanın cənub-şərqində güclü leysan yağışları ölkənin bir sıra bölgələrində güclü daşqınlara yol açıb. Daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev dağılıb.