Fransa prokurorluğu Fransa Futbol Federasiyasının (FFF) keçmiş prezidenti Noel Le Qrata qarşı təqibdə şübhəli bilinən istintaqı dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə "Le Monde" məlumat yayıb.
"Bu, böyük rahatlamadır. Mən hələ də dərindən qəzəblənirəm. Hələ bağışlanma mərhələsinə çatmamışam, amma başımı dik tutaraq bu vəziyyətdən çıxdığım üçün xoşbəxtəm. Belə çıxmağa layiq deyildim. Dekabrda vəzifəmi bitirməliydim və ön qapıdan çıxmalıydım” - deyə Le Qrat bildirib.
Məhkəmə dekabrın 3 və 4-də keçmiş prezidentə qarşı böhtan işinə baxacaq.
Qeyd edək ki, fransız futbol agenti Sonia Suid Le Qratı 2014-cü ildə baş verdiyi iddia edilən cinsi qısnamada ittiham etmişdi. Bunun fonunda ona qarşı hökumət auditi təyin edilib və bu, "qadınlara qarşı qeyri-münasib davranış" da daxil olmaqla bir sıra pozuntuları aşkar edilib. Prezident özü ittihamları rədd edib.