AZ

Polşanın keçmiş ədliyyə naziri məsuliyyətə cəlb oluna bilər

Polşada keçmiş ədliyyə naziri (2015-2023) Zbiqnev Ziobro ilə bağlı deputat toxunulmazlığının ləğvi üçün prosedura başlanılıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə TVP İnfo kanalı məlumat yayıb.

 

Bu tədbirlərin görülməsinə səbəb Polşa siyasətçilərinin söhbətlərini dinləmək üçün “Pegasus” casus proqramından istifadə ilə bağlı pozuntuların araşdırılması olub.

 

Seymin bu məsələ üzrə komissiyasının sədri Maqdalena Sroka bildirib ki, vəsatət dərhal respublikanın baş prokuroruna təqdim olunacaq. Bundan sonra prokuror öz statusuna uyğun olaraq Zbiqnev Ziobronun mandatdan məhrum edilməsi barədə ərizə ilə Seymə müraciət edəcək.

 

Zöbro iki dəfə səhhətini əsas gətirərək Seym komissiyasında dindirilməyə gəlməyib. Komissiya cavab olaraq prokurorluqla əlaqə saxlayıb, prokurorluq isə istintaqa məhkəmə-tibb eksperti təyin edib. Məhkəmə-tibb eksperti belə qənaətə gəlib ki, tibbi baxımdan Zyobronun komissiya iclasında görünməsinə heç bir maneə yoxdur.

 

2024-cü ilin aprelində Polşa Kəşfiyyat Xidmətlərinin əlaqələndirici naziri Tomaş Siemonyak Polşadakı Polşa kəşfiyyat xidmətlərinin beş yüzdən çox polşalı siyasətçini dinləmək üçün İsrailin Pegasus proqram təminatından istifadə etdiyini və bunun siyasi qalmaqala səbəb olduğunu bildirdi.

 

Bundan əvvəl prokurorlar Polşanın antikorrupsiya bürosundan Pegasus casus proqram elementlərini müsadirə ediblər.

 

Nigar

 

Seçilən
12
1
oxu24.com

2Mənbələr