AZ

Bayden Sandunu yenidən prezident seçilməsi münasibətilə təbrik edib

Bazar ertəsi ABŞ prezidenti Co Bayden Mayya Sandunu yenidən Moldovanın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri xəbər verib.

"Bazar günü Moldova xalqı seçki məntəqələrinə gedib və prezident Sandunun təhlükəsiz, mütərəqqi və demokratik Moldova baxışına səs verib", deyə ABŞ prezidentinin bəyanatında bildirilir.

"Prezident Sandunun yenidən seçilməsi Moldova xalqının Avropa İttifaqına üzvlüyü dəstəkləmək üçün konstitusiya referendumu keçirməsindən cəmi iki həftə sonra baş verib", deyə o, əlavə edib.

Bayden qeyd edib ki, Rusiya bir neçə ay boyunca Moldovada demokratik institutları və seçki proseslərini pozmağa çalışıb. "Lakin Rusiya müvəffəqiyyətsizliyə düçar olub. Moldova xalqı öz gələcəyini seçmək hüququnu həyata keçirib və Avropaya və bütün dünyadakı demokratiyalara uyğun olan yolu seçib", deyə o vurğulayıb.

Seçilən
12
turan.az

1Mənbələr