AZ

Dietoloq: Nə gəldi yeyib, bir stəkan yaşıl çay içməklə arıqlamağı gözləməyin

Bəzən artıq bədən çəkisi olanlar necə olursa-olsun, ondan tez və qısa zamanda xilas olmağa çalışırlar. Hətta arıqlamaq həvəsi o həddə çatır ki, hər deyilənə inanır, hər eşitdiyinə əməl etmək istəyirlər. Məsələn, bir çoxu yaşıl çayın arıqlamaq üçün əvəzsiz vasitə olduğunu deyirlər. Bəs iddialar həqiqəti əks etdirirmi? Yaşıl çayın hansı zərəri və yaxud faydaları var?            
Mövzu ilə bağlı danışan dietoloq Tutu Zeynalova "Sherg.az"a deyib ki, yaşıl çay polifenollarla zəngindir:                   

"Onun tərkibindəki epiqallogetikin adlı maddə orqanizm üçün olduqca faydalıdır. Çünki həm maddələr mübadiləsi üçün effektivdir, həm də beyindəki koqnitiv funksiyalara kömək edir.  Bəziləri yaşıl çay içən insanların qarın bölgəsində piylənməyə az rast gəlindiyini, digərləri əksər xərçəng növlərinin qarşısını aldığını və ürək-damar xəstəliyində effektiv olduğunu söyləyir. Lakin bunlar iddialardır. Doğrudur, yaşıl çay arıqlamağa kömək edən dəstəkləyici vasitədir. Buna baxmayaraq, əlinə nə gəldi yeyib, bir stəkan yaşıl çay içməklə arıqlamağı gözləməyin. Çünki insanı tək başına hansısa qida və ya içki arıqlada bilməz. Əgər balanslı qidalanmayaraq normal yatmasaq, əlavə olaraq fiziki aktivliyimiz sıfır səviyyəsində olsa, heç bir qida və çay bizi arıqlatmayacaq. Bütün bunlar həmin an insanın psixoloji durumundan istifadə edib yaşıl, digər çayları biznesinə çevirmək istəyənlərin yaratdığı ajiotajdır. Təbii ki, yaşıl çayın faydalarını danmaq olmaz. Hər gün bir fincan içmək məqsədəuyğundur".
Seçilən
31
sherg.az

1Mənbələr