"Formula 1" üzrə hazırkı dünya çempionu Maks Ferstappenin Braziliya Qran-Prisində qələbəsi və "Maklaren" komandasının üzvü Lando Norrisin 6-cı yeri tutması niderlandlını 4-cü çempionluq tituluna xeyli yaxınlaşdırıb.
İdman.biz xəbər verir ki, mövsümün 21-ci mərhələsindən sonra Ferstappen Norrisi 62 xal qabaqlayır, yarışın sonuna da 86 xal qalıb.
Las-Veqas Qran-Prisindən sonra cəmi 60 xal qalacaq.
Beləliklə, 2024-cü ildə vaxtından əvvəl dünya çempionu olmaq üçün Verstappenin Norrisə iki xaldan çox uduzmaması kifayət edəcək.
İdman.biz