AZ

MS onu itirmək istəmir

“Qızıl top”un yeni sahibi Rodri hazırkı klubunda daha uzun müddət oynaya bilər.

Onun “Mançester Siti” ilə müqaviləsini yeniləməsi gözlənilir. Bu məlumatı İspaniyanın “Cadena SER” radiostansiyası yayıb. Bu mənbə İngiltərə klubunun Rodrini bir sıra digər nəhəng klubların hədəfinə düşməsinə görə itirmək istəmədiyini qeyd edib. Yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdi.

Rodri MS-də 2019-cu ildən çıxış edir. İspaniyalı futbolçu komanda ilə 4 dəfə İngiltərə çempionu, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.

Seçilən
19
football-plus.az

1Mənbələr