Səhiyyənin Təminat Mərkəzi "Viva Medical Group" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Valyuta.az xəbər verir ki, şirkət Mərkəzin tibbi avadanlıqların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 358 709,49 manatdır.
"Viva Medical Group" MMC dövlət satınalmalarında fəal iştirak edən şirkətlərdən olsa da, açıq mənbələrdə barəsində heç bir məlumat yoxdur.
Hüseyn