AZ

Krala və baş nazirə hücum edənlər cəzalandırılacaq

İspaniya kralı VI Felipe ilə birlikdə daşqınlardan zərər çəkmiş əraziləri ziyarət edərkən naməlum şəxsin Baş nazir Pedro Sançesi vurması ilə bağlı Mülki Qvardiya təhqiqata başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska TVE telekanalına müsahibəsində deyib.

"Mülki Qvardiyanın İnformasiya Qərargahı araşdırmanı öz üzərinə götürüb" - nazir deyib.

Qrande-Marlaskanın sözlərinə görə, Sançesə hücumun aqressiv iştirakçıları çox güman ki, qrup şəklində hərəkət ediblər.



Müəllif: Arzu
Seçilən
22
teleqraf.com

1Mənbələr