Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisinin adı dəqiqləşib.
İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
Yığmamıza 17 illik məşqçilik təcrübəsinə malik Günay Zeynalova rəhbərlik edəcək.
Qeyd edək ki, Zeynalovanın yetirmələri arasında yeniyetmələr və gənclər yaş kateqoriyasında dünya və Avropa çempionatının mükafatçısı adını qazanmış idmançılar var.
İdman.biz