AZ

"Maserati"nin satışları 58 faiz azaldı, baş direktor istefa verdi

2024-cü ilin ilk üç rübündə "Maserati" avtomobillərinin satışları 58,3% azalıb. 

Valyuta.az xəbər verir ki, bu barədə "Carscoops" yazıb.

Bu ilin 9 ayı ərzində şirkət 8,6 min avtomobil satmağa nail olub. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə "Maserati" 20,6 min ədəd satmışdı. Satışların azalması fonunda şirkətin baş direktoru Davide Qrasso istefa verib.

"Stellantis"in baş direktoru Karlos Tavares aşağı satışları marketinq strategiyası və dilerlərin avtomobillərə dərin endirimlər tələb etməsi ilə əlaqələndirib.

Bundan əvvəl "Maserati"nin 2027-ci ilə qədər üç yeni avtomobil modelini buraxmağı planlaşdırdığı bildirilirdi. Onların hamısı elektriklə işləyən avtomobillərdir.

Qeyd olunur ki, 2025-ci ildə "Maserati" MC20 superkarının elektrik variantı - "Folgore" versiyası bazara çıxacaq. 2027-ci ildə şirkət hazırda E-UV BEV daxili təyinatı ilə tanınan flaqman krossoverini buraxacaq. Çox güman ki, model yeni ad alacaq və "Maserati Levante"nin ikinci nəsli olmayacaq.

2028-ci ildə "Maserati" şirkəti yeni nəsil flaqman sedanı olan "Quattroporte BEV"i təqdim edəcək və o, həm də elektrik güc aqreqatı ilə təchiz olunacaq.

Paşa Məmmədli

Seçilən
12
3
valyuta.az

4Mənbələr