AZ

Almaniya 2024-cü ildə ÜDM-nin 2%-ni müdafiəyə xərcləyəcək

Almaniya bu il Ümumi Daxili Məhsulun (ÜDM) 2%-ni müdafiəyə xərcləyəcək və növbəti illərdə də bu yolu davam etdirəcək.

APA xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Berlində NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.

"Almaniya hökuməti dəyişən təhlükəsizlik siyasəti vəziyyətinə qətiyyətlə reaksiya verdi. Son 7 il ərzində biz müdafiə xərclərimizi iki dəfə artırdıq. Bu il ilk dəfə olaraq ÜDM-nin 2%-ni müdafiəyə sərf edirik və biz növbəti illərdə də bu yolda qətiyyətlə davam edəcəyik.”, - Şolts bildirib.

O, vurğulayıb ki, Bundesver (Almaniya Silahlı Qüvvələri) 100 milyard avro məbləğində xüsusi fond vasitəsilə modernləşdirilir.

Şolts həmçinin Şimali Atlantika Alyansının daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

“NATO bizim Atlantik okeanının hər iki tərəfində ümumi təhlükəsizliyimizin əsasıdır və belə də qalacaq”, - deyə Şolts bildirib.

Seçilən
17
1
apa.az

3Mənbələr