Futzal üzrə Azərbaycan millisi bu gün Bosniya və Herseqovinada bu ölkənin yığma komandası ilk ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Zenitsa şəhərində təşkil olunmuş bu qarşılaşma yığmamızın acı məğlubiyyəti ilə başa çatıb.
Oyunda hesab birinci hissənin başa çatmasına 2 saniyə qalmış açılıb. Jeliç komandasına üstünlük qazandırıb. Meydan sahibləri ikinci hissədə daha fəal olub və 7:0 hesabı ilə qələbə qazanıblar.
Qeyd edək ki, buu komandalar arasında növbəti oyun sabah – noyabrın 5-də eyni məkanda baş tutacaq. İkinci qarşılaşmaya da Bakı vaxtı ilə saat 22:00-da start veriiləcək.
Yoxlama oyunu
4 noyabr
Bosniya və Herseqovina – Azərbaycan 7:0
Qollar: Bilal Jeliç, 19:58. Adnan Kalaydiç, 25:31; 34:03. Yosip Başkoviç, 28:15. Samir Qosto, 34:36. Srdan İvankoviç, 36:39. Deyan Pavloviç, 39:37.
Hakimlər: Farik Keço, Vedran Marçinko, Nikola Tadiç.
Zenitsa. Huseyn Smayloviç adına Arena. Saat 22:00.
Bosniya və Herseqovina: 1. Darko Milanoviç, 7. Srdan İvankoviç, 8. Mariyo Aladziç (k), 9. Yosip Sesar, 11. Yosip Başkoviç, 12. Amer Deliç, 2. Deyan Pavloviç, 3. Seyad İbrişimoviç, 4. Davor Arnautoviç, 5. Adnan Kalaydiç, 6. Dragan Edi Mariç, 10. Bilal Yeliç, 13. Amir Baruçiy, 14. Samir Qosto.
Baş məşqçi: Qoran Melher.
Azərbaycan: 1. Emin Kürdov (k), 7. Xəzər Ağalızadə, 14. Ülvi Əliyev, 3. Nurlan Məmmədov, 9. Emil Həsənzadə, 12. Kamran Hacıyev (q), 2. İlham Alıyev, 4. Fərid Abbasov, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 8. Murad Quluzadə, 10. Oktay Rüstəmli, 17. Seymur Məmmədov, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Vitali Borisov.