AZ

Revanşist siyasət qarşısında Azərbaycan öz təhlükəsizlik sistemini ardıcıl gücləndirir - Təhlükəsizlik Şurasının katibi

Bakı. Trend:

Revanşist siyasət qarşısında Azərbaycan öz təhlükəsizliksistemini ardıcıl gücləndirir

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi RamilUsubov rəsmi qəzetdə dərc olunan məqaləsində qeyd edib.

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı yenireallıqların nəticəsi olaraq, bu gün ölkəmizin təhlükəsizliksisteminin təkmilləşdirilməsi istiqamətində də davamlı tədbirlərhəyata keçirilir, yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilir.Möhtərəm Prezidentimizin rəhbərliyi ilə hazırlanan komplekstədbirlər və fəaliyyət proqramı-strategiyası Azərbaycanıntəhlükəsizliyinin etibarlı təmini faktorudur.

Məlum xarici dövlətlərin və təsisatların Ermənistan ərazisivasitəsilə yeni təhdid ocaqları yaratmağa cəhd göstərmələri, eləcədə digər bu kimi proseslərin son aylarda daha da geniş vüsət almasıbölgəmizdə həssas olan vəziyyəti daha da gərginləşdirir.

Belə bir revanşist siyasət qarşısında Azərbaycan öztəhlükəsizlik sistemini ardıcıl gücləndirir, hər cür xarici təsirəqarşı qısa müddətdə effektiv cavab-nəticə verəcək müdafiə sisteminivə zərbə strategiyasını artıq tam formalaşdırıb. Həm də bu,dəfələrlə uğurla sınaqdan çıxarılıb.

Azərbaycan Respublikası onun təhlükəsizliyinə qarşı yönələn hərbir təzyiq və təsir cəhdini yerindəcə dəf etmək iqtidarındadır.Erməni revanşistləri ilə yanaşı, bölgədə Azərbaycanın müstəqiliradəsini və liderliyini qəbul etməyən bəzi iri dövlətlər ötənillərin təcrübəsindən düzgün nəticə çıxarmalı, nəyin necə və nəvaxt ediləcəyini dəqiq bilən strategiyanın və "Dəmir Yumruğ"ungücünü heç vaxt unutmamalıdırlar. Bilməlidirlər ki, regiondayaradılacaq hər hansı hərbi qarşıdurma, Azərbaycanın zorən yenimünaqişəyə cəlb edilməsi onun üçün daha ağır nəticələrə səbəbolar.

Azərbaycanda təhlükəsizlik sistemində və hərbi sahədə həyatakeçirilən tədbirlər, islahatlar davam edir və bütün bunlar da,şübhəsiz, Silahlı Qüvvələrin bütün növ qoşun birləşmələrininmaddi-texniki bazasının gücləndirilməsinə, şəxsi heyətinpeşəkarlığının və döyüş ruhunun yüksəldilməsinə töhfələr verir.Hərbi üstünlüyümüzü şərtləndirən və möhkəmləndirən mühümnailiyyətlər isə faktiki olaraq, Azərbaycanın Qafqazın ən böyükhərbi gücü və etibarlı təhlükəsizliyə sahib olma faktınınisbatıdır.

Azərbaycan bölgənin yeni təhlükəsizlik, iqtisadi-sosial, siyasi,humanitar sistemini formalaşdıraraq, onun sabitlik və inkişafistiqamətlərini müəyyənləşdirir. Son onilliklər ərzində dünyanınqaynar nöqtələri sırasında qeyd edilən Qafqaz bölgəsi Prezidentİlham Əliyevin Zəfər missiyasının nəticəsində indi dayanıqlıtəhlükəsizlik, davamlı inkişaf, etibarlı əməkdaşlıq ünvanınaçevrilib", - o qeyd edib.

Seçilən
56
az.trend.az

1Mənbələr