Türkiyəli müğənni Serdar Ortaç maddi çətinliklər səbəbindən son evini də satır.
Publika.az xəbər verir ki, sənətçi İstanbulun Sarıyer rayonunda yerləşən lüks villasını 10 milyon dollara satışa çıxarıb.
Qeyd edək ki, ifaçı bir müddət əvvəl açıqlamasında qumara görə 15-ə yaxın evini itirdiyini bildirmişdi.