Bakıda iki yeraltı avtomobil dayanacağının aylıq mühafizəsi iyirmi bir min manata başa gələcək.
İqtisadiyyat.az xəbər verir ki, bunlar Neftçilər prospekti (Hökumət evinin qarşısında) və Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında yerləşən yeraltı avtomobil dayanacaqlarıdır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həmin dayanacaq komplekslərində mühafizə xidmətini “Kapital Security” QSC-yə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə uyğun olaraq, avtomobil dayanacaqların bir illik mühafizəsi 249 705,94 manata başa gələcək. Başqa sözlə, cəmi iki ünvanda yeraltı avtomobil dayanacaqlarının aylıq mühafizəsinə 21 min manata yaxın vəsait sərf olunacaq.