AZ

Ruslar daha bir yaşayış məntəqəsini ələ keçirib

Ruslar

Rusiya Federasiyasının qoşunları Ukraynanın Donetsk vilayətinin Kramatorsk rayonundakı Stepanovka kəndini işğal edib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” layihəsinin Telegram kanalı məlumat yayıb.

Təhlilçilərin fikrincə, işğalçı qüvvələr Kuraxovo, Kolesnikovka, Boqoyavlenka yaxınlığında və Kremennaya Balkada da irəliləyir.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının son hesabatına görə, gün ərzində cəbhədə 226 hərbi toqquşma baş verib. Ruslar Xarkov istiqamətində - Volçansk yaxınlığında səkkiz dəfə hücum edib, Müdafiə Qüvvələri ümumilikdə 19 hücumu dəf edə bilib:

“Ruslar Kondraşovka, Kuçerovka, Petropavlovka, Kolesnikovka, Zaqrızovo, Veşnevoy, Pesçanı, Drujelyubovka, Lozovaya və Kruqlyakovka ərazilərində fəallıq göstərib.

Ruslar Liman istiqamətində Çerneşçina, Grekovka, Kolesnikovka, Katerinivka, Makeevka, Ternov, Zareçnı və Torskoye istiqamətində irəliləməyə çalışaraq 31 dəfə hücuma keçib.

Ruslar Kramatorsk istiqamətində Çasovoy Yar və Stupoçek ərazilərində beş dəfə hücum edib, toqquşma hələ dayanmayıb. Həmçinin, Rusiya qüvvələri Ukraynanın Toretsk istiqamətində müdafiəsini sındırmağa cəhd göstərir. Ruslar Daçnı, Toretsk və Şerbinovka ərazilərinə hücuma keçib, Şerbinovka yaxınlığında döyüş davam edir”.

ELÇİN
Seçilən
38
27
reyting.az

10Mənbələr