AZ

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərini yüksək qiymətləndiririk - Məhəmməd Əbdülsalam

Bakı.Trend:

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə təşəbbüsləriniyüksək qiymətləndiririk.

Trend xəbərverir ki, bunu Müsəlman Ağsaqqalları Şurasının sədri MəhəmmədƏbdülsalam Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitindədeyib.

O bildirib ki, Azərbaycanda bütün dinlərə və mədəniyyətlərəböyük hörmətlə yanaşılır.

"Dini liderləri iqlim mövzusu ətrafında birləşdirən belə birtədbirin məhz Azərbaycanda təşkilini rəmzi hesab edirəm. COP29iqlim konfransı ərəfəsində dini liderlərin sammiti xüsusi əhəmiyyətkəsb edir", - deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Seçilən
23
3
az.trend.az

4Mənbələr