Keçmiş NATO baş katibi Yens Stoltenberq gəncliyində SSRİ kəşfiyyatının diqqət mərkəzində olub və ona "Steklov" ləqəbi verilib.
Musavat.com xəbər verir ki, bu haqda Rusiya Baş Kəşfiyyat İdarəsinin veteranı, Hərbi-Diplomatik Təhlil və Qiymətləndirmə Mərkəzinin rəhbəri Vladimir Vinokurov "RIA Novosti"yə müsahibəsində danışıb.
Qeyd edək ki, Stoltenberq oktyabr ayında "Financial Times" qəzetinə verdiyi müsahibədə Norveçdə Sovet İttifaqının Dövlət Təhlükəsizlik Komitəsi (KQB) ilə əvvəlki əlaqələrini şəxsən açıqlamışdı.
Görüşlər 1980-ci illərdə baş tutub. Stoltenberqin sözlərinə görə, o, Norveçin əks-kəşfiyyatının xahişi ilə "Kirilov" soyadlı agenti ələ keçirməyə çalışıb, lakin bu, uğursuz alınıb.
Musavat.com