Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə qırğız həmkarı Sadır Japarov tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Missiya.Az “STAR”a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət himniləri səsləndikdən sonra ikitərəfli görüş baş tutub.
Bildirilir ki, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Kamal Memişoğlu, ticarət naziri Ömər Bolat, MİT sədri İbrahim Kalın və bir sıra rəsmilər də iştirak edib.
Qeyd edək ki, Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının (TDT) 11-ci Zirvə Toplantısında iştirak etmək üçün Qırğızıstanda səfərdədir.
Daşqın HəsənovMissiya.Az