AZ

Hüseyn Qaraşov vəzifəsindən azad edildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyindəki Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov vəzifəsindən azad edilib.

Axar.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı AHİK-in sədri Sahib Məmmədov əmr imzalayıb.

Hüseyn Qaraşov bu gün kollektivlə vidalaşıb.

Sahib Məmmədovun digər əmri ilə akademiyanın rektoru vəzifəsi Nurəngiz Mikayılovaya həvalə olunub.

Qeyd edək ki, N.Mikayılova AƏSMA-nın prorektoru vəzifəsində çalışıb.

Seçilən
6
18
axar.az

10Mənbələr