AZ

Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə Parisdə 2-ci “Kino İrsi” Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanın Fransadakı səfirliyi, UNESCO yanında DaimiNümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikasının MilliKomissiyasının dəstəyi ilə Parisdə Rex kinoteatrında 2-ci "Kinoİrsi" Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.

Trend xəbərverir ki, festival çərçivəsində UNESCO üzrə AzərbaycanRespublikasının Milli Komissiyasının və Azərbaycan Respublikasınınİsveçdəki Səfirliyinin dəstəyi ilə, isveçli fotoqraf və rejissorMikael Silkeberq tərəfindən lentə alınmış “Xarıbülbül əfsanəsi” və“Odin kodu” adlı sənədli filmlər Parisdə Rex kinoteatrında noyabrın7-də nümayiş olunacaqdır. Xatırladaq ki, “Xarıbülbül əfsanəsi”Azərbaycanın musiqi paytaxtı Şuşa işğaldan azad olunduqdan sonraonun tarixi əhəmiyyəti və zəngin mədəni irsi barədə lentə alınmışilk sənədli filmdir. Filmdə, həmçinin qələbə və azadlıq rəmzinəçevrilmiş xarı bülbül gülünün simvolik rolundan bəhs olunur.Festival çərçivəsində nümayiş olunacaq “Odin kodu” filmi isəAzərbaycan və Skandinaviya ölkələri arasında qədim tarixə əsaslananəlaqələrdən və bu əlaqələrin öyrənilməsinə böyük əhəmiyyət verənməşhur norveçli alim və səyahətçi Tur Heyerdalın ölkəmizə səfəri,Ümummilli Lider Heydər Əliyevlə görüşlərdə səsləndirilənfikirlərdən bəhs edir.

Açılış mərasimində Qırğızıstanın Fransadakı səfiri SadıqŞer-Niyaz, festivalın təşkilatçıları çıxış edərək festivalı açıqelan etmiş, festivala verdiyi dəstəyə görə Azərbaycanın Fransadakısəfiri Leyla Abdullayevaya, UNESCO yanında daimi nümayəndə ElmanAbdullayevə və UNESCO üzrə Azərbaycan Respublikasının MilliKomissiyasının baş katibi Seymur Fətəliyevə təşəkkürünübildirmişdir.

Festival hər il kinonun beşiyi olan Parisdə “AITYSH France”assosiasiyası tərəfindən təşkil olunur. Festivalın əsas məqsədiyeni reallıqlar və obrazları təqdim etmək, istedadları təbliğ etməkvə filmləri dünya kino irsinə çevrilmiş kinorejissorların müstəsnadünyasına qayğı göstərmək, insanlardan və mədəniyyətlərdən bəhsedən filmləri nümayiş etdirmək, mədəniyyətlər və millətlər arasındadialoqu inkişaf etdirməkdir.

Festivalın prinsipi unikal kino dili ilə tolerantlıq, qarşılıqlıanlaşma, mehribanlıq, mədəni müxtəlifliyin və birliyin qorunmasımesajı verməkdir.

2-ci “Kino İrsi” Beynəlxalq Film Festivalının açılış mərasimindəFransada akkreditə olmuş diplomatlar, Fransanın, eləcə də iştirakçıölkələrin mədəniyyət və incəsənət xadimləri, festival çərçivəsindənümayiş olunacaq filmlərin rejissorları, aktyorları, yerliictimaiyyətin və Parisdə yaşayan müxtəlif xalqların diasporanümayəndələri iştirak ediblər.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Seçilən
6
8
az.trend.az

9Mənbələr