AZ

Serdar Ortaç lüks villasını satışa çıxardı: Evin qiyməti…

Məşhur türkiyəli müğənni Serdar Ortaç son zamanlar yaşadığı maddi sıxıntıları ilə gündəm olub. İddialara görə, müğənni İstanbulun məşhur Sarıyer rayonunda yerləşən son evini də satışa çıxarıb.

Bakıvaxtı.azbu barədə Türkiyegazetesi-nə istinadən xəbər verir.

Ortaçın ev üçün istədiyi qiymət isə heyrət doğurub.

Məlumata görə, sənətçi illərdir yaşadığı evini 10 milyon dollara (340 milyon lirə) satışa çıxarıb. Həmçinin onun Caddebostan rayonuna köçmək qərarına gəldiyi də bildirilir.

Xatırladaq ki, keçmiş həyatına görə peşman olduğunu tez-tez dilə gətirən Serdar Ortaç son zamanlar “TikTok”da canlı yayımları ilə diqqət mərkəzində qalmağa davam edir.

Uzun illərdir MS xəstəliyi ilə mübarizə aparan müğənninin ötən aylarda yeriməkdə də çətinlik çəkdiyi müşahidə edilib. Oxu.Az


Seçilən
927
8
busaat.az

9Mənbələr