Bakı. Trend:
Bu il üçüncü rübün sonunda BP şirkətinin işçiləri olanAzərbaycan vətəndaşlarının sayı 2401 nəfər olub və bura müddətlimüqavilə əsasında işləyən işçilər də daxildir.
Bu barədə Trend BP şirkətinin Azərbaycanda fəaliyyətinə daircari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatınaistinadən xəbər verir.
Məlumata görə, 2018-ci ilin ortalarından bp-nin ixtisaslıişçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayanişçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
Qeyd olunub ki, BP öz təlim və inkişaf proqramlarını daha daoptimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı dahada yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərindəyaxından iştirak etmək səylərini davam etdirəcək.