AZ

Ermənistanda yeni nazir təyin edildi

Ermənistanda uzun sürən müzakirələrdən sonra yeni ədliyyə naziri təyin edilib. 

Oxu24.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Prezidentin sərəncamı ilə bu vəzifəyə Srbuhi Qalyan təyinat alıb. 

"Baş nazirin tövsiyəsi əsasında Konstitusiyanın 131-ci maddəsinə, habelə “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanunun 5-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq. Srbuhi Qalyan ədliyyə naziri təyin edilsin”, - sərəncamda deyilir.

Xatırladaq ki, dünən Srbuhi Qalyan baş prokurorun müavini vəzifəsindən azad edilib. O, bu vəzifəyə 2020-ci il sentyabrın 1-də təyin edilib. 

Seçilən
13
2
oxu24.com

10Mənbələr